Kontentə keç

Mündəricatı göstər

Dünyadan xəbərlər

Dünyadan xəbərlər

İtaliya

2011-ci ildə İtaliyada velosiped satışı maşın satışını üstələyib. Ehtimal edilir ki, bunun səbəbləri maliyyə böhranı, eləcə də yanacağın və maşınların texniki xidmətinin baha olmasıdır. Maşınla müqayisədə velosipedin texniki xidməti nisbətən ucuz başa gəlir, üstəlik istifadəsi rahat və asandır.

Ermənistan

Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən etmişdir ki, Ermənistan hökuməti Yehovanın Şahidi olan 17 gəncin hüquqlarını pozub. Bu gənclər hərbiçilərin nəzarəti altında mülki xidməti icra etməkdən imtina etdikdən sonra həbs olunmuşdular. Məhkəmənin qərarına əsasən, Ermənistan hökuməti bu 17 gəncə vurduğu zərərin əvəzini və məhkəmə xərclərini ödəməlidir.

Yaponiya

Sosial şəbəkələrdə cinayətkarların qurbanı olan uşaqların 63 faizi valideynləri tərəfindən mümkün təhlükə barədə xəbərdarlıq almamışdı. Bu məsələ ilə bağlı 599 işə baxılıb və onlarda əli olanların 74 faizi boynuna alıb ki, belə saytlara daxil olmaqda məqsədləri azyaşlı uşaqlarla cinsi əlaqədə olmaq olub.

Çin

Yollarda tıxacları azaltmaq məqsədilə böyük şəhərlərdə yeni nəqliyyat vasitələrinin qeydiyyatına məhdudiyyət qoyulur. Misal üçün, Pekində hər il yalnız 240 000 maşın qeydiyyatdan keçirilir. 2012-ci ilin avqust ayında lotereyada iştirak edən təxminən 1 050 000 insan arasından yalnız 19 926 nəfərə, yəni hər 53 namizəddən 1-ə qeydiyyat vərəqəsi verilib.