Kontentə keç

Mündəricatı göstər

Kennet Kuk və Cemi Kuk

Rəhbərlik Şurasının yeni üzvü

Rəhbərlik Şurasının yeni üzvü

24 YANVAR 2018-ci il, çərşənbə günü səhər Birləşmiş Ştatlar və Kanada Beytelində xüsusi bir elan səslənir: Kennet Kuk qardaş Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının yeni üzvü təyin olundu.

Kennet qardaş ABŞ-ın Pensilvaniya ştatında anadan olub və orada böyüyüb boya-başa çatıb. Həqiqət barədə məktəbi bitirmək üzrə olanda bir sinif yoldaşından eşidib. Qardaş 1980-ci il iyun ayının 7-si vəftiz olunub, 1 sentyabr 1982-ci ildə isə öncül xidmətinə başlayıb. İki il öncüllük etdikdən sonra 12 oktyabr 1984-cü ildə Uolkilldəki (Nyu-York) Beyteldə xidmət etməyə dəvət alıb.

Qardaş növbəti 25 il ərzində həm mətbəədə, həm də Beytel evində müxtəlif təyinatlarda çalışıb. 1996-cı ildə Cemi adlı bacı ilə ailə həyatı qurub. Bacı da Beytelə dəvət alaraq onunla birlikdə Uolkilldə xidmət etməyə başlayıb. 2009-cu ilin dekabr ayında Kennet qardaş və yoldaşı Patersonda (Nyu-York) yerləşən Gözətçi Qülləsinin Təlim Mərkəzinə təyin olunub. Qardaş burada Yazı işləri ilə bağlı məktublaşma şöbəsində çalışıb. 2016-cı ilin aprel ayında Uolkillə qayıdandan qısa müddət sonra onlar Bruklinə (Nyu-York) təyin olunublar. Beş aydan sonra isə Uorvikdəki (Nyu-York) yeni baş idarəyə köçüblər. Kennet qardaş 2017-ci ilin yanvar ayında Rəhbərlik Şurasının Yazı komitəsinin köməkçisi təyin olunub.