Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 15

Yehovanın İlkinə təzim edək!

Yehovanın İlkinə təzim edək!

(İbranilərə 1:6)

  1. 1. Gəl təzim edək biz

    Yehovanın İlkinə.

    O, çox adil padşahdır,

    Dərdə qılacaq çarə.

    Rəbbin ismin hünərlə

    Şərdən tam təmizlər.

    Rəbbin əzəl vədin də

    Yerdə icra edər.

    NƏQARƏT

    İlk Oğul padşahdır!

    Yehova təyin etdi.

    Onun taxtı göydədir,

    Çatdı Padşahlıq çağı.

  2. 2. Mədh edək qəlbdən biz

    Yehovanın İlkini.

    Canın fidyə verdi o,

    Allah əfv etdi bizi.

    Gəlin bəyaz geyibdir,

    Gözlər o, Məsihi.

    Bu toy sübut eylər ki,

    Haqlıdır İlahi.

    NƏQARƏT

    İlk Oğul padşahdır!

    Yehova təyin etdi.

    Onun taxtı göydədir,

    Çatdı Padşahlıq çağı.

(Həmçinin baxın: Zəb. 2:6; 45:3, 4; Vəhy 19:8.)