Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 64

Biçin işində sevinclə iştirak edək

Biçin işində sevinclə iştirak edək

(Mətta 13:1—23)

  1. 1. Biçin vaxtında yaşayırıq,

    Məhsulla doludur zəmi.

    Gərək çalışaq canla-başla,

    Görək Ağanın işini.

    Məsih zəhmətkeş bir rəhbərtək

    Verir bu işdə nümunə.

    Nəsibdir bizə misilsiz şərəf,

    Qoyuruq zəhmət biçinə.

  2. 2. Rəbbə, insana məhəbbətdir

    Bizi xidmətə sövq edən.

    Təbliğ eyləmək təcilidir,

    Tezcə bitəcək bu dövran.

    Sevinc Allahın nemətidir,

    Gərəkdir onu qorumaq,

    Dözüm göstərərək sona qədər,

    Allahla birgə çalışaq.