Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 8

Yehova pənahımızdır

Yehova pənahımızdır

(Zəbur 91)

  1. 1. Yehova pənahımdır,

    Qalam, güvənc yerim.

    Qorur Öz kölgəsiylə,

    Orda yuva tapdım.

    Sadiq kəsi darda qoymaz,

    Çətin anda edər xilas.

    Yehova istehkamdır,

    Əzəli Qüdrət Sahibim.

  2. 2. Sadiq qal, heç vaxt qorxma,

    Qoru imanını.

    Gözünlə görəcəksən

    Pisin cəzasını.

    Bəla sənə yaxın gəlməz,

    Saleh kəsə xətər dəyməz.

    Yehova sipərindir,

    Dar gündə olar dayağın.

  3. 3. Sən düşmə təlaşa heç,

    Allah atmaz səni.

    Qalxantək dəf eylər O,

    Düşmən oxlarını.

    Tordan səni xilas edər,

    Gecə-gündüz qayğın çəkər.

    Yehova pənahındır,

    Daim hifz eylər O, səni.

(Həmçinin baxın: Zəb. 97:10; 121:3, 5; Əşy. 52:12.)