Kontentə keç

Mündəricatı göstər

Qədim yazılar İsrailin bir qəbiləsinin yerini təsdiq edir

Qədim yazılar İsrailin bir qəbiləsinin yerini təsdiq edir

 Müqəddəs Kitabda deyilir ki, israillilər Vəd edilmiş diyarı tutub, qəbilələr arasında böləndə Mənəssə qəbiləsinin on nəsli qəbilənin o biri hissəsindən fərqli olaraq, İordanın qərbində torpaq payı aldı (Yuşə 17:1—6). Bunu təsdiq edən arxeoloji tapıntı varmı?

 1910-cu ildə Səməriyyədə qazıntılar nəticəsində üstündə ibranicə yazılar yazılmış gil qab qırıntıları tapıldı. Bu qırıntılarda şərab və kosmetik yağ da daxil olmaqla, bahalı malların paytaxtdakı saraya gətirilməsi qeyd olunmuşdu. Ümumilikdə, eramızdan əvvəl VIII əsrə aid olan 102 qırıntı tapılmışdı, ancaq onlardan yalnız 63-nü tam oxumaq mümkündür. Bu 63 fraqmentdə, ümumilikdə, tarixlər, nəsillərin adları, o cümlədən malları göndərənlərin və qəbul edənlərin kimliyi yazılıb.

 Maraqlıdır ki, Səməriyyədə aşkar edilən bu qırıntılarda adları çəkilən nəsillərin hamısı Mənəssə qəbiləsinə aiddir. Bir kitaba əsasən, bu, «Mənəssə qəbiləsinə aid olan nəsillərin məhz Müqəddəs Kitabda deyilən yerlərdə məskunlaşdığını göstərən sübutdur» («NIV Archaeological Study Bible»).

Bu yazıda Mənəssənin nəslindən olan Nuhə adlı qadının adı çəkilir

 Bu qırıntılar həmçinin Müqəddəs Kitabın yazarı olan Amusun sözlərini təsdiq edir. Amus bu ərazidə yaşayan varlı insanlar barədə demişdi: «Şərabı piyaləyə ləbələb süzüb içirlər, özlərinə ən yaxşı yağlarla sığal verirlər» (Amus 6:1, 6). Bu qırıntılar təsdiq edir ki, Mənəssə qəbiləsinə aid olan on nəslin məskən saldığı bu əraziyə, doğrudan da, şərab və yağ gətirilirdi.