Kontentə keç

Müqəddəs Kitab atlası

Müqəddəs Kitab atlası

«Gözəl diyarı seyr edin» təfsilatlı Müqəddəs Kitab atlası ilə şəxsi mütaliəniz daha dərin olacaq. Müqəddəs Kitabda çoxlu yer, şəhər və ölkə adlarına rast gəlinir. Müqəddəs Kitabı oxuyarkən bu atlasdan istifadə etməklə siz Müqəddəs Kitabda təsvir edilən hadisələrin harada baş verdiyini təsəvvür edəcək və bunun həmin hadisələrin gedişatına necə təsir etdiyini görəcəksiniz.

«Gözəl diyarı seyr edin» atlasında qədimdə dünyanın necə olduğunu görməyə kömək edən çoxlu sayda rəngli xəritə və sxemlər var. Orada həmçinin diaqramlar, kompüter rekonstruksiyaları və şəxsi mütaliənizi zənginləşdirəcək digər materiallar tapacaqsınız.

Müqəddəs Kitab atlası sizə nələri araşdırmaqda yardımçı olacaq?

  • İbrahim, İshaq və Yaqubun səfərlərini

  • İsraillilərin Misirdən Vəd edilmiş diyara yolunu

  • İsrailin ətrafında yaşayan xalqları

  • İsanın təbliğ etdiyi əraziləri

  • Babil, Yunanıstan və Roma imperiyalarının sərhədlərini

Pulsuz olan bu onlayn Müqəddəs Kitab atlasını «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI»nda tapmaq olar.