Kontentə keç

Nəyə görə bütün dünyada sülhə nail olmaq bu qədər çətindir?

Nəyə görə bütün dünyada sülhə nail olmaq bu qədər çətindir?

Müqəddəs Yazıların cavabı

 İnsanların bütün dünyada sülhü bərqərar etmək cəhdləri boşa çıxıb və bundan sonra da belə davam edəcək. Bunun bir neçə səbəbi var:

  •   «Addımlarını düzəltmək gedən adamın işi deyil» (Peyğəmbərlərin kitabı, Yeremya 10:23). Allah insanları bir-birlərini idarə etmək bacarığı ilə yaratmayıb və onlara belə ixtiyar verməyib. Buna görə də onlar heç vaxt davamlı sülhə nail ola bilməyəcəklər.

  •   «Əsilzadələrə, sizi qurtara bilməyən bəşər oğluna güvənməyin. Onlar canı çıxan kimi torpağa düşər, niyyətləri bircə anda yox olar» (Zəbur, Məzmur 146:3, 4). Hətta yaxşı niyyətli dövlət başçıları belə müharibənin kökündə duran səbəbləri tamamilə aradan qaldırmaq iqtidarında deyil.

  •   «Axır günlərdə son dərəcə ağır bir zəmanə gələcək. Çünki insanlar... zalım, yaxşılığın düşməni, xain, öz bildiyini edən, lovğa olacaqlar» (İncil, 2 Timoteyə 3:1—4). Biz bu pis dünyanın «axır günlər»ində yaşayırıq». Və dünyada bu cür ab-havanın hökm sürməsi sülhə nail olmağı çətinləşdirir.

  •   «Yerə və dənizə isə vay olsun! Çünki İblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi» (İncil, Vəhy 12:12). Allahın düşməni olan Şeytanın imkanları məhduddur, o yalnız yer üzündə fəaliyyət göstərə bilir və insanları özü kimi qəddar olmağa sövq edir. Şeytan «bu dünyanın hökmdarı» olduğu müddətdə biz heç vaxt sülh içində yaşaya bilməyəcəyik (İncil, Yəhya 12:31).

  •   «[Allahın Padşahlığı Ona qarşı çıxan] bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Daniel 2:44). Bizim arzumuz bütün dünyada əbədiyyən sülhün olmasıdır və bu arzumuzu hansısa insan hökuməti yox, Allahın Padşahlığı həyata keçirəcək (Zəbur, Məzmur 145:16).