Kontentə keç

Qaçqınlar Lovua düşərgəsində tşiluba dilində təşkil olunmuş toplantıda iştirak edirlər

12 SENTYABR 2019
ANQOLA

Anqolada qaçqın düşərgəsində linqala və tşiluba dillərində rayon toplantıları keçirilib

Anqolada qaçqın düşərgəsində linqala və tşiluba dillərində rayon toplantıları keçirilib

2019-cu ilin 25 və 26 may tarixlərində Lovua qaçqın düşərgəsində linqala və tşiluba dillərində «Möhkəm ol!» adlı rayon toplantıları keçirilib. Düşərgə Anqolanın paytaxtı Luanda şəhərindən 635 kilometr aralıda yerləşir. Toplantının baş tutduğu vaxtda Lovua düşərgəsində 177 təbliğçi və onların ailə üzvləri yaşayırdı. Bununla belə, linqala dilində keçirilmiş toplantıda 380 nəfər iştirak edib, 3 nəfər vəftiz olunub. Tşiluba dilində keçirilmiş toplantıda isə 630 nəfər iştirak edib, 6 nəfər vəftiz olunub.

Lovua düşərgəsində sığınacaq tapan qardaşlarımızın çoxu Konqo Demokratik Respublikasındakı zorakılıqdan qaçıb. Lovua düşərgəsində yaşayan dindaşlarımız müəyyən qadağalara görə digər şəhərlərdə keçirilən ruhani tədbirlərə gedə bilmirlər. Bu səbəbdən filial toplantıları düşərgədə keçirmək qərarına gəldi və iki müvəqqəti ibadət evi tikdi. Bu ibadət evlərindən üç tşilubadilli və bir linqaladilli yığıncaq istifadə edir.

2019-cu il mayın 24-ü rayon nəzarətçisi və filial nümayəndəsi Lovua düşərgəsinə gəlib audio və səhnə avadanlıqlarını quraşdırmağa kömək etdilər. Qardaşlarımızın qaçqın kimi üzləşdikləri çətinliklərə baxmayaraq, onlar brezent, dirək, kəndir, mismar və lazım olan digər materiallar ianə etdilər.

Toplantılardan sonra düşərgədəki tşilubadilli yığıncaqda xidmət edən yığıncaq xidmətçisi Onore Lontonqo deyib: «Çətin şəraitə baxmayaraq, düşərgədə keçirilmiş bu toplantılar bizə Yehovanın yalnız bizə ümumilikdə deyil, hər birimizə ayrı-ayrılıqda bəslədiyi sevgisini hiss etdirdi. Mən çox xoşbəxtəm!»

Dünyada baş verən siyasi iğtişaşlar ucbatından evlərindən didərgin düşmüş qardaşlarımıza görə dua etməyə davam edəcəyik. Biz əminik ki, harada olmalarından asılı olmayaraq, Yehova bundan sonra da onlara ruhani qida verəcək və dəstək olacaq (Romalılara 8:38, 39).

 

Qardaşlar səhnəni quraşdırır və audioavadanlıqları hazırlayır

Tşiluba dilində keçirilən rayon toplantısında vəftiz olunmağa hazırlaşan altı nəfər ayaq üstə durub iki suala cavab verir

Linqaladilli bacı-qardaşlarımız vəftizə baxmaq üçün qaçqın düşərgəsindən iki kilometr aralıda axan çaya tərəf gedirlər

Anqola filial komitəsinin üzvü Yohannes De Yayer rayon toplantısından sonra linqaladilli bacı-qardaşlarla şəkil çəkdirir