Kontentə keç

Las-Veqas bulvarı boyunca qoyulmuş ədəbiyyat arabaları (ABŞ, Nevada ştatı, Las-Veqas)

5 MART 2024
BİRLƏŞMİŞ ŞTATLAR

2024-cü ilin Super Kubok həftəsində müxtəlif dillərdən olan insanlara müjdə çatdırıldı

2024-cü ilin Super Kubok həftəsində müxtəlif dillərdən olan insanlara müjdə çatdırıldı

2024-cü il fevralın 11-də Las-Veqasda (ABŞ, Nevada ştatı) Amerikanın məşhur futbol çempionatı olan Super Kubok 2024 keçirildi. Həmin həftə ərzində bu şəhəri ziyarət edənlərin sayı təxminən 300 000 adam idi. Ədəbiyyat arabaları şəhərin ən gediş-gəlişli küçələrindən biri olan Las-Veqas bulvarında 50 müxtəlif nöqtədə qoyulmuşdu. Müqəddəs Kitaba əsaslanan nəşrlər doqquz dildə təqdim olunmuşdu. Bu xüsusi kampaniyada təxminən 1500 bacı-qardaş iştirak etmişdi. Aşağıda tədbir zamanı baş vermiş bir neçə maraqlı hadisə gətirilib.

Ədəbiyyat arabasının yanından keçən bir kişinin diqqətini arabanın üzərindəki «Planetimizin gələcəyi necə olacaq?» sualı cəlb etdi. O, ayaq saxlayıb arabanın yanında duran Şahidlərlə danışmağa başladı. Onu dünyadakı vəziyyət çox narahat edirdi. Qardaşlar ona Ərəmya 29:11 ayəsində yazılmış sülh haqqındakı vədi göstərəndə çox sevindi. O bir saatdan artıq dayanıb qardaşlarla söhbət etdi, həmçinin ibadət görüşünə gəlmək istəyini də bildirdi.

Bacılar ədəbiyyat arabasına yaxınlaşmış bir ailə ilə söhbət edirlər

İdman stadionunun yanında qoyulmuş ədəbiyyat arabasının üzərindəki «Planetimizin gələcəyi necə olacaq?» sualı orada işləyən mühafizəçiyə də maraqlı gəldi. İş başında olan mühafizəçi qardaşlara söz verdi ki, işdən sonra qayıdıb onlarla söhbət edəcək. Çox keçməmiş o qayıtdı və dedi ki, artıq bir müddətdir, Müqəddəs Kitabı oxumağa başlayıb. Mühafizəçi Müqəddəs Kitab dərsləri barədə xəbər tutanda onda böyük maraq yarandı. Onunla əlaqə saxlanılması üçün qardaşlar tədbir gördülər.

Çempionatdan bir gün əvvəl ev-ev xidmət zamanı bir qadına şahidlik verildi. Qadın bildirdi ki, bizim ədəbiyyat arabaları haqqında xəbərlərdə bir reportaj görüb. O dedi: «Siz çox vacib iş görürsünüz. Bu çətin zəmanədə hamıya ümid lazımdır». Sonra o, Yehovanın Şahidlərinin həmin ərazidə harada və nə vaxt toplaşdıqları barədə soruşdu.

Biz çox şadıq ki, ictimai yerlərdə keçirilən bu xüsusi kampaniyalar sayəsində hələ də hikmətin səsinə hay verən insanlar tapılır və Allahımız Yehovanın adı ucaldılır (Məsəllər 1:20, 21).