Kontentə keç

«Yehovaya xidmətdə əlimdən gələni edirəm»

«Yehovaya xidmətdə əlimdən gələni edirəm»

 Almaniyada yaşayan İrmanın təxminən 90 yaşı var. O, iki ağır qəzadan və bir neçə əməliyyatdan sonra artıq əvvəlki kimi ev-ev təbliğdə iştirak edə bilmir. Hal-hazırda o, qohumlarına və dost-tanışa məktub yazaraq imanını başqaları ilə bölüşür. İrmanın ruhlandırıcı və təsəlliverici məktubları o qədər yaxşı qarşılanır ki, adətən, insanlar ona növbəti məktubun nə vaxt gələcəyini soruşmaq üçün zəng edirlər. O da əvəzində çoxlu minnətdarlıq məktubları alır və ondan yenidən məktub yazması xahiş olunur. İrma deyir: «Bütün bunlar məni çox xoşbəxt edir və ruhani cəhətdən möhkəm saxlayır».

 İrma həmçinin qocalar evində yaşayan çoxlu yaşlı insanlara da məktublar göndərir. O deyir: «Bir yaşlı qadın zəng edib dedi ki, həyat yoldaşını itirəndən sonra mənim məktubum ona qəlb rahatlığı verib. O, bu məktubu Müqəddəs Kitabının içində saxlayır və adətən, hər axşam onu oxuyur. Bu yaxınlarda həyat yoldaşını itirən başqa bir qadın deyir ki, mənim məktublarım ona kahin xütbəsindən daha çox kömək edir. Onun çoxlu sualları var və yanıma gəlib onlara cavab tapmaq istəyir».

 İrmanın uzağa köçən və Yehovanın Şahidi olmayan bir tanışı ona məktub yazmasını xahiş edib. İrma deyir: «Bu qadın mənim bütün məktublarımı saxlayırdı. O, öləndən sonra qızı mənə zəng etdi. Anasına yazdığım bütün məktubları oxuduğunu dedi və xahiş etdi ki, ona da Müqəddəs Kitaba əsaslanan məktublar yazım».

 Xidmət İrmaya sevinc verir. O belə deyir: «Yehovaya yalvarıram ki, mənə bundan sonra da Ona xidmət etməyə güc versin. Düzdür, artıq ev-ev təbliğ edə bilmirəm, amma Yehovaya xidmətdə əlimdən gələni edirəm».