Kontentə keç

Hirslənmiş keşişlər mülayim cavabla qarşılaşır

Hirslənmiş keşişlər mülayim cavabla qarşılaşır

 Ermənistanda rayon nəzarətçisi olan Artur Yehovanın Şahidlərinin bir yığıncağını ziyarət etmişdi. O gördü ki, bu yığıncaq ictimai şahidlikdə hələ də Müqəddəs Kitaba əsaslanan nəşrlərin yerləşdiyi arabalardan istifadə etmir. Artur və həyat yoldaşı Anna şahidliyin bu növünə həvəs yaratmaq üçün Cirayr adlı Yehovanın Şahidi ilə kiçik bir şəhərdə ədəbiyyat arabası qurdu. Onlar gediş-gəlişin sıx olduğu bir yer seçdilər.

 Yoldan keçən maraq göstərməyə və ədəbiyyat götürməyə başladı. Çox keçməmiş bu yeni şahidlik metodu əleyhdarların da diqqətini çəkdi. İki keşiş arabaya yaxınlaşdı və onlardan biri heç nə demədən təpik vuraraq onu aşırdı. Sonra Arturun üzünə şillə vurub, eynəyini yerə saldı. Artur, Anna və Cirayr keşişləri sakitləşdirməyə çalışsalar da, heç bir xeyri olmadı. Keşişlər arabanı tapdaladı və nəşrləri sağa-sola dağıtdı. Onlar Yehovanın Şahidlərini söyəndən və təhqir edəndən sonra getdilər.

 Artur, Anna və Cirayr şikayət bildirmək üçün yerli polis idarəsinə getdilər. Onlar izahat verdikdən sonra bir sıra polis işçilərinə və digər əməkdaşlara Müqəddəs Kitab haqda cəsarətlə təbliğ etdilər. Bu üç Yehovanın Şahidini polis rəisinin yanına apardılar. Birinci, o, sadəcə baş verən hadisənin təfərrüatlarını bilmək istəyirdi. Amma Arturun, belə cüssəli adamın ona vurulan şillənin qarşılığında heç nə etmədiyini öyrənəndə o, hadisə barədə suallarını dayandırdı və Yehovanın Şahidlərinin etiqadları barədə maraqlanmağa başladı. Bu söhbət dörd saat çəkdi. Eşitdikləri rəisin o qədər xoşuna gəldi ki, növbəti sözləri dilə gətirdi: «Necə də möhtəşəm dindir! Mən də sizə qoşulmaq istəyirəm!»

Artur və Anna

 Növbəti gün Artur ictimai şahidliyi yenidən davam etdirəndə öncəki gündə baş verən hadisəni görən bir adam ona yaxınlaşdı. Bu adam Arturu sakitliyini qoruduğuna və edilən pisliyə pisliklə cavab vermədiyinə görə təriflədi. O əlavə etdi ki, gördüyü şeylər keşişlərə olan bütün hörmətinin itməsinə səbəb oldu.

 Həmin axşam rəis Arturu polis məntəqəsinə çağırdı. Amma hadisəni sorğu-sual etməkdənsə, Müqəddəs Kitab haqda əlavə suallar verdi. Başqa iki polis işçisi də müzakirəyə qoşuldu.

 Növbəti gün Artur yenidən rəisə baş çəkdi və ona Müqəddəs Kitaba əsaslanan bəzi videolarımızı göstərdi. Rəis digər polis işçilərini də videolara baxmağa çağırdı.

 Keşişlərin pis davranışları nəticəsində çoxlu polis işçilərinə ilk dəfə yaxşı şahidlik oldu. Yehovanın Şahidləri onlara yaxşı təəssürat bağışladı.