Kontentə keç

Təhlükəsizlik müfəttişi Şahidləri tərifləyir

Təhlükəsizlik müfəttişi Şahidləri tərifləyir

Təhlükəsizlik müfəttişi Sidneyin (Avstraliya) şəhərətrafı ərazisində tikilən Padşahlıq zalının tikintisinə baxış keçirəndə qeyd etmişdi: «Çoxdandır ki, belə təhlükəsiz tikinti meydançasına rast gəlməmişdim».

Müfəttiş yazır: «Tikinti meydançasında işlər çox gözəl təşkil olunmuşdu... Hər şey çox təmiz, yerli-yerində idi. Giriş-çıxış çox rahat idi. Bütün naqillər plastik qarmaqlardan asılmış, odsöndürənlər isə hazır vəziyyətdə idi... Tikintidə çalışan bütün işçilər uzunqol paltar və uzun şalvar geyinmiş, eləcə də kaska və təhlükəsizlik eynəyi taxmışdılar... Meydançada yüksək əməkdaşlıq ruhu vardı».

Tikintiyə nəzarət edən Viktor Otte deyir: «Yehovanın Şahidləri üçün təhlükəsizlik olduqca vacib məsələdir. Biz təhlükəsizlik qaydalarına riayət edəndə Allahın həyata olan baxışını əks etdiririk, bu isə işin çiyin-çiyinə və məmnuniyyətlə görülməsinə öz töhfəsini verir. Ağır iş günündən sonra evə gülərüzlə qayıdıram».

127 nəfərlik Padşahlıq zalının tikintisi 2012-ci ilin aprel ayında başa çatdı.