Kontentə keç

Holokost zamanı Yehovanın Şahidlərinin başına nələr gəlib?

Holokost zamanı Yehovanın Şahidlərinin başına nələr gəlib?

 Holokost zamanı Almaniyada və nasist işğalı altında olan ölkələrdə 35000-ə yaxın Yehovanın Şahidi yaşayırdı. Bu soyqırım zamanı onlardan təxminən 1500-ü həlak oldu. Onların hamısının ölüm səbəbi məlum deyil. Araşdırmalar davam etdiyi üçün rəqəmlər və digər təfsilatlar zaman-zaman yenilənir.

 Onlar necə ölüblər?

  • Nasistlər tərəfindən istifadə olunan gilyotin

      Edam halları: Almaniyada və nasist işğalı altında olan ölkələrdə 400-ə yaxın Yehovanın Şahidi edam edilmişdi. Qurbanların əksəriyyəti məhkəmələrdə mühakimə olunmuşdu, onlara ölüm hökmü verilmiş və başları kəsilmişdi. Bir başqaları isə rəsmi məhkəmə dinləməsi olmadan güllələnmiş və asılmışdı.

  •   Dözülməz həbsxana şəraiti: 1000-dən çox Yehovanın Şahidi nasist həbs düşərgələrində və həbsxanalarında həyatını itirmişdi. Onları canları çıxana qədər işlətmişdilər, ya da onlar işgəncə, aclıq, soyuqdan donma, xəstəlik, tibbi yardım çatışmazlığı ucbatından ölmüşdülər. Bir başqaları isə o qədər amansız rəftara məruz qalmışdı ki, II Dünya müharibəsinin sonunda azadlığa buraxıldıqdan az sonra həyatını itirmişdi.

  •   Digər səbəblər: Bəzi Yehovanın Şahidləri qaz kameralarında qətlə yetirilmiş, ölümcül tibbi eksperimentlərə və ya ölümcül inyeksiyalara məruz qalmışlar.

 Onlar nəyə görə təqib ediliblər?

 Yehovanın Şahidləri Müqəddəs Kitab təlimlərini həyatlarında rəhbər tutduqlarına görə təqib edilirdi. Nasist dövləti Müqəddəs Kitabda qadağan olunan şeyləri etməyi tələb edəndə Yehovanın Şahidləri güzəştə getmirdilər. Onlar «insanlara yox, [hökmdarları] Allaha itaət» etməyi seçirdilər (Həvarilərin işləri 5:29). Gəlin iki səbəbi nəzərdən keçirək görək onlar nəyə görə belə seçim etmişdilər.

  1.   Siyasi bitərəfliyi qorumaq. Bu gün bütün dünyadakı Yehovanın Şahidləri kimi, nasist rejimi altında yaşayan Yehovanın Şahidləri də siyasi məsələlərdə bitərəf qalırdılar (Yəhya 18:36). Ona görə də onlar...

  2.   İbadət etmək. Baxmayaraq ki, Yehovanın Şahidlərinə ibadət etmək qadağa olunmuşdu, amma onlar yenə də...

 Professor Robert Qervart deyir ki, Yehovanın Şahidləri «Üçüncü Reyxdə yeganə qrup idi ki, yalnız dini inanclarına görə təqib olunurdu» a. Həbs düşərgəsindəki məhbuslar Yehovanın Şahidlərinin qəti əzminə heyran qalmışdı. Avstriyalı bir məhbus demişdi: «“Onlar müharibəyə getmir. Başqalarının öldürməkdənsə, özlərinin ölümünə razı olurlar ».

 Onlar harada ölüblər?

  •   Həbs düşərgələrində: Yehovanın Şahidlərinin böyük bir qismi həbs düşərgələrində həlak olmuşdu. Onlar Osventsim, Buxenvald, Daxau, Flossenburq, Mauthauzen, Noyenqamme, Niderhagen, Ravensbrük və Zaksenxauzen kimi həbs düşərgələrində saxlanılmışdı. Təkcə Zaksenxauzendə təxminən 200 Yehovanın Şahidinin meyiti aşkar olunmuşdu.

  •   Həbsxanalar: Bəzi Yehovanın Şahidlərinə həbsxanalarda öldürülmələri üçün işgəncə vermişlər. Bir başqaları dindirilmə zamanı xəsarət aldıqlarına görə ölmüşdü.

  •   Edam yerləri: Yehovanın Şahidləri əsasən Plötzense (Berlin), Brandenburq və Qalle (Zale) həbsxanalarında edam edilmişdi. Bundan əlavə, Yehovanın Şahidlərinin edam edildiyi 70-ə yaxın yer qeydə alınıb.

 Edam olunanlardan bəziləri

  •  Ad: Heleni Qotholt

     Edam olunduğu yer: Plötzense (Berlin)

     İki uşaq anası olan Heleni bir neçə dəfə həbs edilmişdi. 1937-ci ildə bir dindirilmə zamanı o qədər pis rəftara məruz qalmışdı ki, bətnindəki körpəsini itirmişdi. 1944-cü il dekabrın 8-i Berlində Plötzense həbsxanasında gilyotin vasitəsilə onun boynu vurulmuşdu.

  •  Ad: Qerhart Leybold

     Edam olunduğu yer: Brandenburq

     6 may 1943-cü il tarixində iyirmi beş yaşlı Qerhartın başı kəsilmişdi. İki ildən sonra onun atasının da başı eyni həbsxanada kəsilmişdi. O, ailəsinə və nişanlısına vida məktubunda yazmışdı: «Ağanın gücü olmasaydı, mən bu yolda gedə bilməzdim».

  •  Ad: Rudolf Auşner

     Edam olunduğu yer: Qalle (Zale)

     1944-cü il sentyabrın 22-də Rudolfun boynu vurulanda cəmi 17 yaşı var idi. O, anasına ünvanladığı vida məktubunda yazmışdı: «Çoxlu qardaşlar bu yolu gedib, ona görə mən də gedəcəyəm».

a «Hitler’s Hangman: The Life of Heydrich», səhifə 105.