Kontentə keç

Nə üçün Yehovanın Şahidləri «mənə maraqlı deyil» deyən insanlara yenə də təbliğ edirlər?

Nə üçün Yehovanın Şahidləri «mənə maraqlı deyil» deyən insanlara yenə də təbliğ edirlər?

 Yehovanın Şahidləri Allaha və insanlara sevgidən irəli gələrək Müqəddəs Kitabdakı xoş xəbəri bütün insanlarla, o cümlədən əvvəllər «mənə maraqlı deyil» demiş insanlarla belə bölüşürlər (Mətta 22:37—39). Allaha məhəbbət bizi İsa Məsihin «ətraflı şəhadət [verin]» əmrinə riayət etməyə təşviq edir (Həvarilərin işləri 10:42; 1 Yəhya 5:3). Buna görə də biz Allahdan olan xəbəri, qədim dövrdə yaşayan peyğəmbərlər kimi, dönə-dönə çatdırırıq (Ərəmya 25:4). İnsanları sevdiyimiz üçün biz xilas xəbəri olan «Padşahlıq haqqındakı... müjdə»ni hamıya, ilk dəfədən maraqlanmayan insanlara belə çatdırırıq (Mətta 24:14).

 Biz əvvəllər etiraz etmiş insanların yaşadığı evlərə təkrar gələndə orada maraqlanan insanlar tapırıq. Bunun üç səbəbi var:

  •   Mənzilə yeni insanlar köçür.

  •   Ailənin digər üzvləri maraq göstərir.

  •   İnsanların baxışları dəyişir. Dünyada baş verən hadisələrə və ya üzləşdiyi vəziyyətlərə görə ev sakini «Allaha ehtiyacı olduğunu» başa düşə və Müqəddəs Kitabdan çatdırdığımız xəbərə hay verə bilər (Mətta 5:3). Hətta həvari Bulus kimi, Allahın xalqını təqib etmiş insan belə münasibətini dəyişə bilər (1 Timutiyə 1:13).

 Əlbəttə, biz istəməzdik ki, çatdırdığımız müjdəni insanlara güclə yeridək (1 Butrus 3:15). Biz başa düşürük ki, hər insan ibadət məsələsində özü qərar verməlidir (Qanunun təkrarı 30:19, 20).