Ərəmya 7:1—34

  • Məbədə saxta güvənc (1—11)

  • Məbəd Şilo kimi olacaq (12—15)

  • Zahiri ibadət pislənir (16—34)

    • Səma məlikəsinə sitayiş (18)

    • Hinnomda uşaq qurbanı (31)

7  Ərəmyaya Yehovanın sözü nazil oldu:  «Yehovanın evinin darvazasında dur və bu xəbəri bəyan et: “Ey Yəhuda xalqı, Yehovaya səcdə etmək üçün bu darvazalardan keçənlər, Yehovanın sözünü dinləyin.  İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Dəyişin, əməllərinizi düzəldin, onda sizi bu torpaqda saxlayaram.+  Yalan sözlərə aldanmayın. “Bu, Yehovanın məbədidir, Yehovanın məbədidir, Yehovanın məbədidir!” deməyin.+  Əgər özünüzü islah edib düzəlsəniz, iki qonşu arasında ədaləti bərqərar etsəniz,+  yadellini, yetimi, dul qadını sıxışdırmasanız,+ bu torpaqda günahsız qan tökməsəniz, öz ziyanınıza başqa allahların ardınca getməsəniz,+  sizi bu torpaqda, həmişəlik ata-babalarınıza verdiyim diyarda saxlayacağam”».  «Amma yox, siz yalana bel bağlayırsınız,+ bu sizə ziyandan başqa heç nə gətirməyəcək.  Siz oğurluq edir,+ qətl törədir, zina edirsiniz, yalandan and içirsiniz,+ Baala qurban gətirirsiniz,+ tanımadığınız allahların ardınca gedirsiniz. 10  Bütün bu mənfur əməllərdən sonra da gəlib adımı daşıyan bu evdə, önümdə durub deyirsiniz “biz xilas olacağıq!” 11  Adımı daşıyan bu ev sizin üçün nədir, quldur yuvasıdır?+ Mən hər şeyi görürəm», — bəyan edir Yehova. 12  «“İndi Şiloya, orada ilk dəfə adım üçün məskən seçdiyim yerə+ gedin.+ İsrail xalqının mənfur əməllərinə görə o yerə nə etdiyimi görün.+ 13  Amma siz yenə də bütün bunları elədiniz, — bəyan edir Yehova. — Mən sizə dəfələrlə dedim, amma qulaq asmadınız.+ Sizi çağırdım, hay vermədiniz.+ 14  Buna görə Şiloya etdiyimi güvəndiyiniz və adımı daşıyan bu evə,+ sizə və ata-babalarınıza verdiyim bu yerə də edəcəyəm.+ 15  Qardaşlarınızı, bütün Əfraim övladlarını önümdən rədd etdiyim kimi, sizi də rədd edəcəyəm”.+ 16  Sən isə bu xalqdan ötrü dua etmə. Onlardan ötrü Mənə üz tutma, yalvar-yaxar etmə,+ onsuz da qulaq asmayacağam.+ 17  Görmürsən, Yəhuda şəhərlərində, Yerusəlim küçələrində nələr edirlər?! 18  Oğulları odun yığır, ataları ocaq qalayır, arvadları Səma məlikəsinə qurban kökələri bişirmək üçün xəmir yoğurur.+ Onlar başqa allahlara şərab təqdiməsi gətirib Məni qəzəbləndirirlər.+ 19  “Onlar elə bilirlər ki, Mənə ziyan edirlər? — bəyan edir Yehova. — Məgər özlərinə ziyan etmirlər, özlərini biabır etmirlər?”+ 20  Ona görə də Külli-İxtiyar Yehova deyir: “Qeyz-qəzəbimi bu yerin, insanın, heyvanın, ağacların, yerin məhsulunun üstünə tökəcəyəm.+ Qəzəbim alov kimi yandırıb-yaxacaq, onu söndürən olmayacaq”.+ 21  İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Gedin, başqa qurbanlarla bərabər yandırma qurbanı da gətirin, ətini də özünüz yeyin.+ 22  Ata-babalarınızı Misirdən çıxardığım gün onlara yandırma qurbanları və başqa qurbanlarla bağlı heç nə deməmişdim, heç nə əmr etməmişdim.+ 23  Onlara bu əmri vermişdim: “Mənə itaət edin, onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım.+ Dediyim yolla gedin ki, xeyir tapasınız”.+ 24  Amma onlar Məni eşitmədilər,+ Mənə qulaq asmadılar, inadla istəklərinə görə, qara ürəklərinə görə hərəkət etdilər.+ Onlar irəli yox, geri getdilər. 25  Ata-babalarınız Misirdən çıxan gündən bəri bu, belədir.+ Buna görə Mən hər gün, dönə-dönə peyğəmbər qullarımı onların yanına göndərdim.+ 26  Amma heç kim Məni eşitmədi, Mənə qulaq asmadı.+ Onlar tərslik etdilər, ata-babalarından da betər oldular. 27  Bu sözləri onlara deyəcəksən,+ amma sənə qulaq asmayacaqlar, onları çağıracaqsan, amma hay verməyəcəklər. 28  Onlara belə deyərsən: “Bu xalq, Allahı Yehovaya itaət etməyən, Onun tərbiyəsini rədd edən xalqdır. Sədaqət deyilən şey qalmayıb, adı belə, çəkilmir”.+ 29  Uzun saçını kəs at, çılpaq təpələrdə mərsiyə oxu. Yehova Onu qəzəbləndirən bu nəsli rədd edib. O, onları tərk edəcək. 30  “Çünki Yəhuda xalqı Mənim bəyənmədiyim pis işlər görür, — bəyan edir Yehova, — onlar adımı daşıyan evdə iyrənc bütlər qoyub oranı murdarlayırlar. + 31  Oğul-qızlarını odda yandırmaq üçün Bəni-Hinnom vadisindəki* Tofetdə+ səcdəgahlar* düzəldiblər.+ Mən belə bir şeyi buyurmamışam, heç ağlımdan da keçirməmişəm”.+ 32  “Ona görə də gün gələcək, oraya nə Tofet, nə də Bəni-Hinnom vadisi deyiləcək, ora Qırğın vadisi adlanacaq. Tofetdə o qədər meyit basdıracaqlar ki, yer qalmayacaq,+ — bəyan edir Yehova. — 33  Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, heç kim onları hürküdüb qovmayacaq.+ 34  Yəhuda şəhərlərindən, Yerusəlim küçələrindən sevinc, şadlıq harayını, bəy-gəlin səsini kəsəcəyəm.+ Ölkə xaraba qalacaq”».+

Haşiyələr

Hərfən: yüksəkliklər.