Butrusun ikinci məktubu 2:1—22

  • Saxta müəllimlər peyda olacaq (1—3)

  • Saxta müəllimlərə çıxarılmış hökm mütləq yerinə yetəcək (4—10a)

    • Tartara atılmış mələklər (4)

    • Daşqın; Sədum və Əmurə (5—7)

  • Saxta müəllimlərin səciyyəvi xüsusiyyətləri (10b—22)

2  İsrail xalqının arasında yalançı peyğəmbərlər olduğu kimi, sizin aranızda da yalançı müəllimlər peyda olacaq.+ Onlar xəlvətcə iman yıxan təriqətlər yaradacaq, onları satın almış+ sahibdən üz döndərəcək və beləcə, məhvlərini sürətləndirəcəklər.  Bundan başqa, bir çoxları onların azğınlığını*+ təqlid edəcək və belələrinə görə həqiqət yolu pislənəcək.+  Onlar sizi saxta sözlərlə aldadıb tamahkarlıqla öz məqsədləri üçün istifadə edəcəklər. Onlar üçün çoxdan kəsilmiş hökm+ ləngimədən gəlir, həlakları yatmır.+  Allah günaha batmış mələklərə rəhm etməyib+ onları Tartara*+ ataraq hökmə qədər zülmət qaranlığın zəncirlərində* saxlayır;+  qədimdə allahsızlar dünyasını cəzasız qoymayıb+ onu daşqında məhv edərkən salehlik carçısı olan Nuhu+ və onunla bərabər yeddi nəfəri xilas etdi;+  Sədum və Əmurə şəhərlərinə hökm kəsib+ onları külə çevirərək allahsızlara başlarına gələcək şeyləri əyani şəkildə göstərdi,+  qanun tanımayan adamların azğınlığına görə əzab çəkən saleh Lutu isə qurtardı,+  axı bu saleh adam onların arasında günbəgün yaşayarkən törətdikləri qanunsuz əməlləri görüb-eşidirdi, onun saleh ürəyi ağrıyırdı.  Bəli, Yehova mömin bəndələri sınaqlardan necə qurtarmağı,+ nasalehləri isə, ələlxüsus başqalarının bədənini ləkələmək istəyənləri+ və başçıları saymayanları+ 10  məhv olacaqları hökm gününə qədər necə saxlamağı yaxşı bilir.+ Onlar dikbaşdır, özbaşınadırlar. Qorxub-çəkinmədən şərəf sahiblərini pisləyirlər, 11  halbuki qüvvətdə və qüdrətdə qat-qat üstün olan mələklər Yehovanın önündə* onları pisləyib mühakimə etmirlər.+ 12  Bu adamlar tutulub məhv olmaq üçün doğulmuş, şüursuz, sövqi-təbii hərəkət edən heyvanlara bənzəyirlər. Onlar başa düşmədikləri şeylər barəsində pis danışırlar.+ Tutduqları məhvedici yol onları məhv edəcək, 13  etdikləri pisliklərin haqqını alacaqlar. Onlar hətta günün günorta çağı öz nəfslərini həzz ala-ala doyuzdururlar.+ Onlar aranızda ləkə və eyiblərdir, sizin ziyafətlərdə yeyib-içərkən öz yalan təlimlərindən ləzzət alırlar.+ 14  Onların gözü daima zina+ axtarır və günahdan doymur. Onlar səbatsızları yoldan çıxarırlar. Onların ürəyi tamahkarlıqda püxtələşib. Onlar məlun övladlardır. 15  Bu adamlar düz yoldan sapdılar; haqsızlıq muzdunu sevən+ Baur oğlu Bələmin+ yolunu tutdular. 16  O, cinayətinə görə tənbeh edildi.+ Dilsiz-ağızsız yük heyvanı insan səsi ilə danışıb onun ağılsız niyyətinə mane oldu.+ 17  Bunlar qurumuş çeşmə, şiddətli küləklə qovulan dumandır. Onları zülmət qaranlıq gözləyir.+ 18  Onlar lovğa-lovğa boş sözlər danışır, azğın əməlləri ilə qaranlıq içində yaşayanların əlindən təzəlikcə qurtulanların nəfsini+ şirnikdirərək onları tələyə salırlar.+ 19  Özləri çürüklüyün qulu ola-ola onlara azadlıq vəd edirlər.+ Axı məğlub olan qalibin qulu olur.+ 20  Əgər Ağamız və Xilaskarımız İsa Məsihi tanımaqla bu dünyanın çirkindən azad olandan+ sonra onlar yenidən çirkaba qayıdıb məğlub olurlarsa, onda axırları əvvəllərindən daha betər olur.+ 21  Salehlik yolunu tanıyandan sonra onlara əmanət edilmiş müqəddəs əmrdən üz döndərməkdənsə, onu heç öyrənməsəydilər onlar üçün daha yaxşı olardı.+ 22  Belələri haqqında «köpək qusduğunun üstünə, çimizdirilmiş donuz palçıqda ağnamağa qayıdır» məsəli yerində deyilib.+

Haşiyələr

Yaxud abırsızlığını. Yun. aselgeya. Lüğətdə «azğınlıq» sözünə bax.
Digər variant: quyularında.
Yaxud Yehovaya hörmətdən irəli gələrək.