Yəhyanın yazdığı müjdə 3:1—36

  • İsa və Nikodem (1—21)

    • Yenidən doğulma (3—8)

    • Allah dünyanı sevir (16)

  • Yəhyanın İsa barədə son şəhadəti (22—30)

  • «Yuxarıdan gələn» (31—36)

3  Fərisilərin arasında Nikodem+ adlı bir adam vardı. O, yəhudilərin rəhbərlərindən biri idi.  O, gecə vaxtı İsanın yanına gəlib+ dedi: «Rabbi*+, biz bilirik ki, sən Allahın bizə yolladığı müəllimsən, çünki Allah güc verməsə,+ heç kəs bu möcüzələri+ göstərə bilməz».  İsa ona cavab verdi: «Bunu bil ki, insan yenidən* doğulmasa,+ Allahın Padşahlığını görə bilməz».+  Nikodem ondan soruşdu: «Adam artıq böyüyübsə, yenidən necə doğula bilər? Məgər o, anasının bətninə girib ikinci dəfə doğula bilər?»  İsa cavab verdi: «Eşit və agah ol, sudan+ və ruhdan+ doğulmayan Allahın Padşahlığına girə bilməz.  İnsandan insan, müqəddəs ruhdan isə göyə məxsus olan doğulur.  “Yenidən doğulmalısınız” dediyimə təəccüblənmə.  Külək istədiyi səmtə əsir. Sən onun səsini eşidirsən, amma haradan gəlib hara əsdiyini bilmirsən. Ruhdan doğulmuş hər adam da belədir».+  Nikodem İsadan soruşdu: «Bu necə ola bilər?» 10  Cavabında İsa dedi: «Sən İsrailin müəllimi ola-ola belə şeyləri bilmirsən? 11  Əmin ola bilərsən ki, biz bildiyimizi danışırıq və gördüyümüzə şəhadət edirik. Siz isə şəhadətimizi qəbul etmirsiniz. 12  Mən sizə yerə aid şeylər haqqında danışanda inanmırsınızsa, göyə aid şeylər haqqında danışsam, necə inanacaqsınız? 13  Heç bir insan göyə çıxmayıb,+ amma insan Oğlu göydən gəlib.+ 14  Musa səhrada ilanı yuxarı qaldırdığı kimi,+ insan Oğlu da yuxarı qaldırılmalıdır+ ki, 15  ona iman edən hər adamın əbədi həyatı olsun.+ 16  Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu+ onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun.+ 17  Çünki Allah Öz Oğlunu bəşəriyyəti mühakimə etmək üçün yox, bəşəriyyəti onun vasitəsilə xilas etmək üçün dünyaya göndərmişdir.+ 18  Ona iman edən məhkum edilməyəcək,+ iman etməyən isə artıq məhkum olunub, çünki Allahın yeganə Oğlunun adına iman etməyib.+ 19  Hökm üçün əsas budur: nur dünyaya gəldi,+ insanlar isə nuru yox, qaranlığı sevdilər, çünki əməlləri pis idi. 20  Şər iş görən nura nifrət edir və əməlləri ifşa olunmasın deyə, nura tərəf getmir. 21  Doğru iş görən adam isə nura+ tərəf gedir ki, əməllərinin Allahın iradəsinə müvafiq olduğu görünsün». 22  Bundan sonra İsa şagirdləri ilə birlikdə Yəhudiyyə kəndlərinə getdi və bir müddət onlarla orada qaldı. O, camaatı vəftiz edirdi.+ 23  Yəhya da Salimin yaxınlığında, Aynonda vəftiz edirdi, çünki orada su bol idi.+ Camaat ora gəlib vəftiz olunurdu.+ 24  O zaman Yəhya hələ həbs edilməmişdi.+ 25  Yəhyanın şagirdləri bir yəhudi ilə paklanma barəsində mübahisə etdilər. 26  Onlar Yəhyanın yanına gəlib dedilər: «Rabbi, səninlə İordan çayının o tayında olan adam, kimin haqqında ki sən şəhadət vermişdin,+ bax, o vəftiz edir və hamı onun yanına gedir». 27  Yəhya cavab verdi: «İnsana göydən verilməsə, o, heç nə edə bilməz. 28  “Mən Məsih deyiləm,+ mən onun qabağınca göndərilmiş adamam”, — dediyimə siz özünüz şahidsiniz.+ 29  Gəlin kimə məxsusdursa, bəy də odur.+ Amma bəyin dostu bəyin yanında duranda və onun səsini eşidəndə ürəkdən sevinir. Mən də beləcə ürəkdolusu sevinirəm. 30  O böyüməli, mən isə kiçilməliyəm». 31  Yuxarıdan gələn+ hamıdan böyükdür. Yerdən olan isə elə yerdəndir və yerə aid şeylərdən danışır. Göydən gələn hamıdan böyükdür.+ 32  O gördüyü və eşitdiyi şeylərdən danışır,+ lakin onun şəhadətini heç kəs qəbul etmir.+ 33  Onun şəhadətini qəbul edən Allahın haqq olduğunu təsdiqləyir*.+ 34  Allahın göndərdiyi şəxs Onun sözlərini danışır.+ Allah da ruhunu səxavətlə verir. 35  Ata Oğulu sevir+ və hər şeyi onun ixtiyarına verib.+ 36  Oğula iman edən əbədi həyata qovuşacaq.+ Oğula itaət etməyənsə həyata qovuşmayacaq,+ Allahın qəzəbinə düçar olacaq.+

Haşiyələr

Yəhudi ruhanilərinə verilən şərəfli ad.
Digər variant: yuxarıdan.
Yaxud Allahın haqq olduğuna möhürünü vurmuşdur.