Lukanın yazdığı müjdə 9:1—62

  • Təbliğlə bağlı göstərişlər (1—6)

  • Hirod çaşbaş qalır (7—9)

  • İsa 5000 adamı yedizdirir (10—17)

  • Butrus İsanın Məsih olduğunu deyir (18—20)

  • İsa öləcəyini xəbər verir (21, 22)

  • Məsihin əsil davamçısı olmaq nə deməkdir? (23—27)

  • İsanın görkəmi dəyişir (28—36)

  • İçinə cin girmiş oğlan sağalır (37—43a)

  • İsa öləcəyini yenə xəbər verir (43b—45)

  • Kimin daha böyük olduğu barədə mübahisə (46—48)

  • Bizə qarşı çıxmayan bizim tərəfimizdədir (49, 50)

  • Səməriyyədəki kəndin camaatı İsanı qəbul etmir (51—56)

  • İsanın ardınca getmək nə deməkdir? (57—62)

9  İsa on iki həvarisini yanına çağırıb bütün cinləri qovmaq+ üçün, xəstəlikləri sağaltmaq+ üçün onlara güc və səlahiyyət verdi.  Sonra onları Allahın Padşahlığını təbliğ etməyə və xəstələri sağaltmağa göndərdi.  İsa tapşırdı: «Özünüzlə yola heç nə götürməyin: nə əsa, nə heybə, nə çörək, nə pul, nə də dəyişək köynək*.+  Hansı evə girsəniz, orada qalın və oradan da yola düşün.+  Harada sizi qəbul etməsələr, həmin şəhərdən çıxanda onlara qarşı şəhadət olaraq ayağınızın tozunu çırpın*».+  Şagirdlər yola çıxdılar. Onlar bütün o ərazini kəndbəkənd gəzib müjdəni təbliğ edir və xəstələrə şəfa verirdilər.+  Hakim Hirod* bu hadisələrdən xəbər tutanda çaşbaş qaldı, çünki bəziləri deyirdilər ki, Yəhya dirilib.+  Digərləri İlyasın zühur etdiyini, başqaları isə qədimdəki peyğəmbərlərdən birinin dirildiyini söyləyirdilər.+  Hirod dedi: «Yəhyanın boynunu vurdurmuşam,+ bəs görəsən, barəsində bu qədər söhbət gedən bu adam kimdir?» Buna görə də İsanı görmək istəyirdi.+ 10  Həvarilər qayıdıb gördükləri işləri İsaya danışdılar.+ Onda İsa onları götürüb xəlvətcə Beytsəyda adlanan şəhərə getdi.+ 11  Camaat bundan xəbər tutub onun dalınca yollandı. İsa onları mehribanlıqla qarşıladı, onlara Allahın Padşahlığı haqqında danışmağa başladı və şəfaya ehtiyacı olanları sağaltdı.+ 12  Yavaş-yavaş qaş qaralırdı. Bu vaxt on iki həvarisi onun yanına gəlib dedi: «Bura çöllükdür, camaatı burax ətrafdakı kəndlərə, obalara gedib gecələməyə bir yer tapsınlar, bir şey yesinlər».+ 13  Lakin İsa onlara dedi: «Siz onlara yemək verin».+ Şagirdlər dedilər: «Onda gərək gedib bu qədər camaata yemək alaq. Çünki beş çörəkdən və iki balıqdan savayı heç nəyimiz yoxdur». 14  Orada təxminən beş min kişi vardı. Onda İsa dedi: «Onları dəstə-dəstə, əlli-əlli oturdun». 15  Şagirdlər camaatı əyləşdirdilər. 16  İsa beş çörəyi və iki balığı əlinə götürdü. Göyə baxdı və bərəkət dilədi. Sonra çörəyi böldü, camaata paylamaq üçün çörəyi və balığı şagirdlərinə verdi. 17  Hamı yeyib doydu və artıq qalmış tikələrdən on iki səbət yığıldı.+ 18  Daha sonra İsa təklikdə dua edəndə şagirdləri yanına gəldilər. İsa onlardan soruşdu: «Camaat nə deyir? Mən kiməm?»+ 19  Onlar cavab verdilər: «Kimisi deyir Vəftizçi Yəhyasan, kimisi deyir İlyassan. Başqaları isə deyir ki, qədimdə yaşamış peyğəmbərlərdən biri dirilib».+ 20  İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz, mən kiməm?» Butrus cavab verdi: «Allahın Məsihi».+ 21  İsa onlarla ciddi danışıb bərk-bərk tapşırdı ki, bunu heç kəsə deməsinlər+ 22  və əlavə etdi: «İnsan Oğlu çoxlu əziyyət çəkməli, ağsaqqallar, böyük kahinlər və mirzələr onu rədd etməli, o ölməli+ və üçüncü gündə dirilməlidir».+ 23  Sonra o hamıya dedi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin,+ işgəncə dirəyini* götürüb günbəgün daşısın və daima ardımca gəlsin.+ 24  Həyatını xilas etmək istəyən onu itirəcək, amma həyatını mənim uğrumda itirən onu xilas edəcək.+ 25  Doğrudan da, əgər insan bütün dünyaya sahib olarsa, amma həyatını itirərsə, yaxud həyatı tar-mar olarsa, bunun ona nə faydası?+ 26  Kim məndən və sözlərimdən utanarsa, insan Oğlu da özünün, Atasının və müqəddəs mələklərin əzəmətilə gələndə həmin adamı şagirdi adlandırmağa utanacaq.+ 27  Eşidin və agah olun, burada duranlardan bəziləri Allahın Padşahlığını görməmiş ölməyəcək».+ 28  Bu söhbətdən təxminən səkkiz gün sonra İsa Butrusu, Yəhyanı və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı.+ 29  Dua etdiyi zaman onun siması dəyişdi və libası dümağ ağardı. 30  Birdən onunla iki adam danışmağa başladı. Bunlar Musa və İlyas idi. 31  Onlar əzəmətlə peyda oldular və Yerusəlimdə baş verəcək hadisədən, İsanın dünyadan ayrılmasından söhbət etməyə başladılar.+ 32  Butrus və onun yoldaşları mürgüləyirdilər. Onlar tam oyananda İsanın calalını+ və yanında duran iki adamı gördülər. 33  Bu iki nəfər İsadan ayrılarkən Butrus ona dedi: «Müəllim, bizim bura gəlməyimiz nə yaxşı oldu! Qoy biz üç çadır quraq: birini sənə, birini Musaya, birini də İlyasa». O, nə dediyini özü də bilmirdi. 34  Butrus hələ danışarkən onların başı üstünə bulud yığıldı. Onlar buludun içində qaldıqda bərk qorxdular. 35  Buluddan bir səs+ gəldi: «Bu, Mənim Oğlumdur, onu seçmişəm.+ Ona qulaq asın».+ 36  Bu səs gələndə onlar gördülər ki, İsa təkdir. Onlar gördüklərini o vaxt gizli saxladılar və heç kəsə danışmadılar.+ 37  Ertəsi gün dağdan düşəndə İsanı böyük bir izdiham qarşıladı.+ 38  Camaatın içindən bir kişi qışqırdı: «Ustad, sənə yalvarıram, nə olar, bir oğluma bax, o, mənim yeganə övladımdır.+ 39  Bir cin* onu tutur, oğlum qəflətən qışqırır, qıc olur, ağzı köpüklənir və cin onu tam üzəndən sonra handan-hana ondan əl çəkir. 40  Şagirdlərinə yalvardım ki, cini qovsunlar, amma bacarmadılar». 41  İsa dedi: «Ey imansız və yolunu azmış nəsil!+ Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Oğlunu bura gətir».+ 42  Oğlan İsaya yaxınlaşanda cin onu yerə sərdi və o, qıc olub şiddətlə çırpınmağa başladı. İsa murdar ruha hökm etdi, oğlanı sağaldıb atasına verdi. 43  Hamı Allahın möhtəşəm gücünə heyran qaldı. Camaat onun etdiklərinə heyran qalarkən o, şagirdlərinə dedi: 44  «Sözlərimi diqqətlə dinləyin və yadınızda yaxşı saxlayın: insan Oğlunu ələ verəcəklər».+ 45  Lakin şagirdlər onun nə demək istədiyini başa düşmədilər. Bu, onlardan gizlədilmişdi ki, bunun mənasını anlamasınlar. Amma bu haqda soruşmağa da qorxurdular. 46  Bundan sonra onlar kimin daha böyük olduğu barədə mübahisə etməyə başladılar. + 47  İsa onların ürəyindəkiləri bildiyindən balaca bir uşağı götürüb yanına qoydu 48  və belə dedi: «Bu balaca uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir. Məni qəbul edən isə məni göndərəni qəbul edir.+ Aranızda ən təvazökar kimdirsə*, böyük odur».+ 49  Onda Yəhya dedi: «Müəllim, biz bir adam gördük. O, sənin adınla cinləri qovurdu. Biz ona mane olmağa çalışdıq, çünki o, bizimlə gəzmir».+ 50  Lakin İsa dedi: «Ona mane olmayın, çünki sizə qarşı çıxmayan sizin tərəfinizdədir». 51  İsanın göyə qaldırılması vaxtı yaxınlaşırdı.+ O, Yerusəlimə getmək qətiyyətində idi 52  və qabağınca adamlarını göndərdi. Onlar İsa üçün hazırlıq görməkdən ötrü yola düşdülər və gəlib səməriyyəlilərin bir kəndinə çıxdılar. 53  Amma oranın camaatı İsanı qəbul etmədi,+ çünki o, Yerusəlimə getməyi qərarlaşdırmışdı. 54  Şagirdlərdən Yaqub və Yəhya+ bunu görəndə dedilər: «Ağa, istəyirsən deyək göydən alov gəlib bunları məhv etsin?»+ 55  İsa dönüb onları danladı. 56  Sonra başqa kəndə getdilər. 57  Onlar yolla gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, mən də sənin ardınca gedəcəyəm». 58  Lakin İsa ona dedi: «Tülkülərin də, göy quşlarının da yuvası var, amma insan Oğlunun başını qoymağa belə, yeri yoxdur».+ 59  Başqa adama isə: «Ardımca gəl», — dedi. O adam cavab verdi: «Ağa, icazə ver, əvvəlcə gedim atamı dəfn edim».+ 60  Lakin İsa dedi: «Qoy ölülər+ öz ölülərini dəfn etsinlər, sən isə get hər yerdə Allahın Padşahlığını təbliğ et».+ 61  Başqa birisi dedi: «Ağa, sənin ardınca gedəcəyəm, amma icazə ver gedim əvvəl evdəkilərlə sağollaşım». 62  İsa ona dedi: «Əlini xışın üstünə qoyub arxadakı şeylərə baxan+ adam Allahın Padşahlığına layiq deyil».+

Haşiyələr

Hərfən: iki köynək.
Ayaqdan tozu çırpmaq məsuliyyətdən azad olmaq mənasını daşıyırdı.
Hirod Antipa. Lüğətə bax.
Hərfən: ruh.
Yaxud aranızda kim kiçik kimi davranırsa.