Yaqub 3:1—18

  • Dili əhliləşdirmək (1—12)

    • Hamınız müəllim olmağa tələsməyin (1)

  • Yuxarıdan nazil olan hikmət (13—18)

3  Qardaşlarım, hamınız müəllim olmağa tələsməyin. Bildiyiniz kimi, biz müəllimlər daha sərt mühakimə ediləcəyik.+  Çünki hər birimiz dəfələrlə səhv edirik.+ Sözündə səhvə yol verməyən kamil insandır. Belə insan bütün bədənini yüyənləməyə qadirdir.  Atın ağzına yüyən keçirib, onu ram edirik və beləcə, bütün bədənini idarə edirik.  Həmçinin güclü küləklərin cövlan etdiyi sularda üzən nəhəng gəmilərə baxın. Sükançı onları balaca sükanla istədiyi səmtə yönəldir.  Dil də bədənin kiçicik bir üzvüdür, amma yaman lovğalanır. Böyük bir meşəni yandırmaq üçün bircə qığılcım kifayət edir.  Dil də bir alovdur.+ Bədənimizin üzvləri arasında dil haqsızlıqla dolu bir dünyadır, çünki bütün bədəni ləkələyir+ və insanın həyatını oda salır, özü isə Hinnom vadisindən* alovlanır.  Hər cür vəhşi heyvanı, quşu, sürünəni və dəniz məxluqunu ram etmək mümkündür və insan onları ram etmişdir.  Dili isə heç kəs ram edə bilmir. Dil qarşısıalınmaz bir bəladır, öldürücü zəhərlə doludur.+  Biz dillə Atamız Yehovaya alqış ucaldır, eyni zamanda «Allahın bənzərində» yaradılmış adamlara+ qarğış oxuyuruq. 10  Eyni ağızdan tərif də çıxır, lənət də. Qardaşlarım, belə olmamalıdır.+ 11  Məgər bir çeşmədən həm şirin, həm acı su axır? 12  Qardaşlar, məgər əncir ağacı zeytun və ya üzüm meynəsi əncir verə bilər?+ Şor qaynaqdan da şirin su gəlməz. 13  Aranızda hikmətli və dərrakəli kimdir? Qoy bunu yaxşı davranış və hikmətə xas mülayimliklə əməldə göstərsin. 14  Ancaq ürəyinizdə güclü paxıllıq+ və höcət*+ varsa, lovğalanmayın+ və həqiqəti yalanla ləkələməyin. 15  Bu, yuxarıdan nazil olan hikmət deyil. Xeyr, bu, dünyaya xas,+ cismani, şeytani hikmətdir. 16  Paxıllıq və höcət* olan yerdə qarmaqarışıqlıq və hər cür pislik hökm sürür+. 17  Lakin yuxarıdan nazil olan hikmət ilk növbədə safdır+, sonra sülhpərvər+, mülayim+, itaətkardır, mərhəmətli və faydalı bəhrələrlə+ doludur. Ayrı-seçkilikdən+, riyakarlıqdan+ uzaqdır. 18  Salehlik bəhrəsinin toxumu isə sülhpərvərlər üçün*+ əmin-amanlıq şəraitində+ əkilir.

Haşiyələr

Digər variant: xudbin arzular.
Digər variant: xudbin arzular.
Digər variant: tərəfindən.