Kontentə keç

Solda: Volfram Slupina həbs düşərgəsində Yehovanın Şahidlərinin geyindiyi köynəyi göstərir. Sağda: Flossenburqdakı xatirə lövhəsi

17 MAY 2023
ALMANİYA

«Flossenburq Həbs Düşərgəsi»ndə Yehovanın Şahidlərinin şərəfinə xatirə lövhəsi qoyulub

«Flossenburq Həbs Düşərgəsi»ndə Yehovanın Şahidlərinin şərəfinə xatirə lövhəsi qoyulub

22 aprel 2023-cü il tarixində Almaniyanın Bavariya şəhərində yerləşən «Flossenburq Həbs Düşərgəsi»ndə orada həyatını itirmiş Yehovanın Şahidlərinin şərəfinə xatirə lövhəsinin açılışı olub. Flossenburq doqquzuncu həbs düşərgəsidir ki, Yehovanın Şahidlərinin şərəfinə xatirə lövhəsi yaradır.

Flossenburq və onun yaxınlığındakı düşərgələrdə yüzdən çox Yehovanın Şahidi həbsdə olub. Onlardan bəzilərinin ailə üzvləri tədbirdə iştirak edib. Bir qardaş bölüşüb: «Ağlasığmaz işgəncələrin baş verdiyi bu yerdə olmaq heç də asan deyil. Lakin bacı-qardaşlarımızın sədaqəti barədə düşünmək insanda sevinc və fəxarət hissi doğurur».

«Flossenburq Həbs Düşərgəsi» muzeyinin direktoru professor Yörq Skribelayt deyib: «1933-cü ilin mart ayında Nasist rejimi hakimiyyətə keçəndə Yehovanın Şahidləri qadağan olunan ilk dini icma idi. İmanları... nəyinki onların özünə, hətta əqidələrinə şərik olmayan digər məhbuslara da dözməyə güc verib».

Almaniyanın Bavariya şəhərində keçirilən tədbirin iştirakçıları diqqətlə natiqi dinləyir. Üst şəkil: Atası Flossenburq düşərgəsində həbsdə olmuş Cudi Ribik bacı və professor Skribelayt xatirə lövhəsini təqdim edir

Almaniyadakı Yehovanın Şahidlərinin mətbuat katibi Volfram Slupina çıxışında deyib: «Almaniya tarixinin qaranlıq səhifələrində əqidələrinə sadiq qalan, həbs düşərgəsində həyatını qurban verən Yehovanın Şahidlərinin unudulmaması bizim üçün çox dəyərlidir».

Əminik ki, həbs düşərgələrində çətinliklərə məruz qalan, hətta həyatını itirən sadiq bacı-qardaşlarımızın adı Yehovanın «xatirə kitabı»na yazılıb (Məlaki 3:16).