Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Evdə qaydaların qoyulması şərtdir?

Evdə qaydaların qoyulması şərtdir?

 Bəzən evdə qoyulan qaydalara riayət etmək sənə çətin gəlir? Bu məqalə və ona əsaslanan çalışma vərəqi sənə valideynlərinlə bu barədə söhbət etməyə kömək edəcək.

 Düzgün baxış

 Səhv. Evi tərk edəndə sərbəst olursan və hər hansısa bir qaydaya riayət etməyə məcbur qalmırsan.

 Doğru. Evi tərk etsən də, etməsən də, bəzi qaydalara riayət etməlisən. Sən müdirinin, ev sahibinin, hətta dövlətin qarşısında cavabdehlik daşıyacaqsan. 19 yaşlı Daniela deyir: «Məncə, evdəki qaydalara əməl etməyən gənclər sonra öz şəxsi həyatlarında çox əziyyət çəkirlər»

 Müqəddəs Kitabda deyilir: «Hakimiyyətə və hökumətə tabe [olun]» (Titusa 3:1). Valideynlərin qoyduğu qaydalara riayət etməyi öyrənməyin sənə sonradan həyatın digər sahələrində üzləşəcəyin çətinliklər zamanı yetkin davranmağın üçün təcrübə olacaq.

 Nə edə bilərsən? Qaydaların faydasını görməyə çalış. Ceremi adlı gənc deyir: «Valideynlərimin qoyduğu qaydalar dost seçimimə və vaxtımdan düzgün istifadə etməyimə çox kömək etdi. Bu qaydalar həmçinin mənə kömək etdi ki, vaxtımın çoxunu televizora və elektron oyunlara sərf etməyim. Əksinə, daha faydalı şeylərlə məşğul olum. Mən bu faydalı şeylərin bəzilərini hələ də edirəm».

 Düzgün münasibət

 Bəs qoyulan qayda mənasız görünürsə? Misal üçün, Tamara adlı gənc qız deyir: «Valideynlərim mənə başqa ölkəyə getməyimə icazə vermişdi, amma indi qayıdandan sonra 20 dəqiqə uzaqlıqda yerləşən şəhərə getməyimə icazə vermirlər!»

 Əgər sən də eyni vəziyyətdəsənsə, valideynlərinlə qoyulan qaydalar haqda danışmaq qəbahətdir? Niyə qəbahət olsun ki?! Əsas odur nə vaxtnecə danışacağını biləsən.

 Nə vaxt? Amanda adlı yeniyetmə deyir: «Yalnız valideynlərinin etibarını qazanandan uzun müddət sonra qaydalara düzəliş etmək haqda onlarla danışa bilərsən».

 Daria adlı qız bunun doğruluğuna özü əmin olub. O deyir: «Anam mənim sözə qulaq asdığıma əmin olmayınca qaydalara heç bir dəyişiklik etmədi». Unutma, bəzi şeyləri qazanmasan, onları xərcləyə bilməzsən.

Valideynlərin qoyduğu qaydalara məhəl qoyulmayan bir evdə yaşamaq təyyarənin hava nəqliyyatı qaydalarına əməl etməyən hava limanına eniş etməsinə bənzəyir

 Müqəddəs Kitabda deyilir: «Atanın əmrini yerinə yetir, ananın nəsihətindən çıxma» (Məsəllər 6:20). Növbəti nəsihət sənə valideynlərinin etibarını qazanmağa və onlarla müzakirə etmək üçün əsas əldə etməyə kömək edəcək.

 Necə? Stiven adlı gənc deyir: «Hörmətcil və sakit olmaq həmişə valideynlərlə danışmağın ən yaxşı yolu olub, nəinki çığır-bağır salmaq».

 Yuxarıda adı çəkilən Daria bununla razıdır. O deyir: «Anama nəyisə sübut etməyə çalışanda heç nə dəyişmirdi. Əksinə hətta bəzən o qaydaları daha da sərtləşdirirdi».

 Kitabda deyilir: «Axmaq adam hirsini ortaya tökər, hikmətli isə təmkinini pozmayıb sakit qalar» (Məsəllər 29:11). Özünə hakim olmağı öyrənməyin təkcə evdə yox, həmçinin məktəbdə, işdə və digər yerlərdə böyük xeyri dəyir.

 Nə edə bilərsən? Fikirləş sonra danış. Bir hay-küy bəsdir ki, olan-qalan etibarın da yox olsun. Müqəddəs Kitabda yaxşı deyilir ki, «özündən tez çıxmayan bəsirət sahibidir» (Məsəllər 14:29).

 Məsləhət. Bu məqaləyə əsaslanan çalışma vərəqindən istifadə edərək qaydaları əsaslandır və ehtiyac yaranarsa, verilən məsləhət haqda valideynlərinlə söhbət et.